BMT-nin 9 əməkdaşı HAMAS-ın İsrailə hücumunda iştirakına görə işdən çıxarılıb
BMT-nin Fələstinli Qaçqınlar üzrə Yardım Agentliyində (UNRWA) çalışan doqquz əməkdaş işdən azad olunub.
APA Sky News-a istinadən xəbər verir ki, bu əməkdaşlar HAMAS-ın 7 oktyabrda İsrailə qarşı hücumunda iştirak etməsi ilə bağlı araşdırmadan sonra işdən qovulub.
İsrailin iddialarından sonra UNRWA-nın bəzi işçilərinin hücumda mümkün iştirakı yanvar ayından bəri araşdırılır.
BMT-nin Daxili Nəzarət Xidməti HAMAS yaraqlılarının İsrailə 7 oktyabr hücumunda UNRWA-nın doqquz əməkdaşının potensial iştirakına dair kifayət qədər sübut tapdığını bildirib.
Qeyd edək ki, İsrailin ittihamlarına cavab olaraq UNRWA HAMAS ilə hər hansı əməkdaşlığı inkar edib və təşkilat İsrailin Qəzzada apardığı müharibə nəticəsində 200-dən çox əməkdaşının öldürüldüyünü bildirib.
Xatırladaq ki, Agentlik daha əvvəl 12 işçini işdən azad etmişdi.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
