İran Trampın seçkiqabağı hesabının sındırılması ilə bağlı ittihamlara cavab verib
İran hökumətinin ABŞ prezident seçkilərinə müdaxilə etmək üçün heç bir məqsədi və motivi yoxdur.
APA xəbər verir ki, bunu İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki qərargahının hesabına haker hücumunda Tehranın rolu ilə bağlı iddiaları təkzib edərək bildirib.
Trampın seçki qərargahının hesabının sındırılması ilə bağlı Politico saytındakı mesajı şərh edərkən, İranın BMT-dəki nümayəndəliyi belə açıqlama yayıb:
“Biz bu xəbərlərə əhəmiyyət vermirik. İran hökumətinin ABŞ prezident seçkilərinə müdaxilə etmək üçün heç bir məqsədi və motivi yoxdur”.
Qeyd edək ki, Politico, anonim hesabdan Tramp kampaniyasına aid sənədləri ehtiva edən e-poçt məktubları aldığını iddia edir. Trampın seçki kampaniyasının sözçüsü Stiven Çonq açıqlamasında bildirib ki, sənədlər 2024-cü ildə keçiriləcək seçkilərə müdaxilə və ölkədə demokratik prosesdə xaos yaratmaq məqsədi ilə ABŞ-a düşmən olan xarici mənbələrdən qeyri-qanuni yollarla əldə edilib. O, Microsoft tədqiqatçılarının İranla əlaqəli olduğu iddia edilən hakerlərin iyun ayında ABŞ-da prezident seçkilərində yüksək rütbəli bir məmurun hesabına daxil olmağa cəhd göstərdiyini deyib. Hesabatda məmurun kimliyi ilə bağlı əlavə məlumat verilmir.
Oxşar xəbərlər
İran XİN: BMT TŞ susduğuna görə, İsrailə cavab verməkdən başqa yolumuz yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
