Əraqçi: ABŞ-ın hücumundan əvvəl İran nüvə məsələsində güzəştlərə hazır idi
sizinxeber.az xəbər saytı

Əraqçi: ABŞ-ın hücumundan əvvəl İran nüvə məsələsində güzəştlərə hazır idi


İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ-ın hücumundan əvvəl Tehran nüvə proqramı ilə bağlı ciddi güzəştlərə getməyə hazır idi.

Sizinxeber.az xəbər verir ki, Əraqçi bu barədə "MS Now" telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, fevralın 26-da Cenevrədə keçirilən İran–ABŞ danışıqlarında mühüm irəliləyiş əldə olunmuşdu, lakin Vaşinqton İranın mövqeyini təhrif edir.

Nazir qeyd edib ki, İranın 60 faizədək zənginləşdirilmiş 440 kiloqram nüvə materialına sahib olması Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatlarında da əks olunub və bu məlumat gizli olmayıb.

Əraqçi bildirib ki, Tehran bu materialı daha aşağı səviyyəyə qədər seyrəltməyə və ondan imtina etməyə hazır idi, bununla da ciddi güzəştə getdiyini göstərmək istəyirdi.

“Bizim mövqeyimiz nüvə bombası yaratmaq deyildi. Bu bəyanatla göstərmək istəyirdim ki, getdiyimiz güzəşt çox böyükdür. Lakin onların bunu necə şərh etdiyini bilmirəm . Ola bilsin ki, ya məlumat azlığından, ya da əsaslandırılması mümkün olmayan hücumu haqq qazandırmaq istəyindən irəli gəlir”, – deyə İran XİN rəhbəri vurğulayıb.

Oxşar xəbərlər

Lavrov Əraqçi ilə İran-İsrail münaqişəsini müzakirə edib
Əraqçı: Ermənistan "Tramp marşrutu" ilə bağlı İranı bütün “qırmızı xətlər”inə əməl olunduğuna inandıra bilib
Əraqçı: Ermənistan İranı inandıra bilib ki, “Tramp marşrutu” ilə bağlı Tehranın bütün “qırmızı xətləri”nə əməl olunub
İran və AEBA nümayəndələri əməkdaşlıq çərçivələrini müzakirə edəcəklər
Əraqçı: Nüvə proqramı ilə bağlı danışıqlara hazırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər