ÜST 518 milyon dollar dəyərində Ebola ilə mübarizə planını elan edib
sizinxeber.az xəbər saytı

ÜST 518 milyon dollar dəyərində Ebola ilə mübarizə planını elan edib


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus 518 milyon dollar dəyərində Ebola qızdırması ilə mübarizə üzrə altı aylıq planın işə salındığını elan edib.

"Sizinxeber.az" "Reuters"ə istinadən xəbər verir ki, təşəbbüs Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri ilə birgə həyata keçirilir və iyun ayından noyabr ayınadək olan dövrü əhatə edir.

ÜST rəhbərinin sözlərinə görə, yeni plan səhiyyə sahəsində baş vermiş son fövqəladə halların təcrübəsinə əsaslanır: "Biz sıfırdan başlamırıq. Bu plan əvvəlki xəstəliklərin və səhiyyə sahəsində baş vermiş son fövqəladə halların təcrübəsinə əsaslanır".

O xəstəliyin yayılmasının qarşısını almağın mümkünlüyünə əminliyini ifadə edərək, epidemiya ilə mübarizə üçün siyasi sadiqlik, sabit maliyyələşmə və yerli icmalarla fəal qarşılıqlı əlaqənin zəruri olduğunu vurğulayıb.

Oxşar xəbərlər

ÜST Ebola epidemiyasına görə Konqo və Uqandada fövqəladə vəziyyət elan edib
ÜST: Meymunçiçəyi ilə mübarizə 135 milyon dollar vəsait tələb edir
Cənubi Afrika Ebola ilə mübarizə üçün 2,5 milyon dollar ayırıb
ÜST-ə mpoxla mübarizəyə altı ayda 135 milyon dollar lazımdır
Afrikada Ebolaya qarşı mübarizə üçün təxminən 319 milyon dollar lazımdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər