Banqladeşin sabiq baş naziri Hasina ölkəsinə qayıtmaq niyyətindədir
Banqladeşin sabiq baş naziri Şeyx Hasina başqa ölkələrə sığınmayacaq və müvəqqəti hökumət ölkədə seçkilərin keçirilməsinə qərar verdiyi zaman vətəninə qayıdacaq.
Sizinxeber.az xəbər verir ki, bu barədə onun oğlu Sacib Vazed Coy məlumat verib. Onun sözlərinə görə, anasının siyasi sığınacaq istəmək fikri yoxdur.
"O, hazırda Hindistandadır, müvəqqəti hökumət ölkədə seçkilər keçirmək qərarına gələn kimi Banqladeşə qayıdacaq”, - "The Times of India" qəzeti yazır.
O, həmçinin, Hindistanın baş naziri Narendra Modiyə anasının həyatını xilas etdiyinə görə təşəkkür edib.
Qeyd edək ki, sabiq baş nazir Şeyx Hasina avqustun 5-də istefa verərək Banqladeşi tərk etmiş və elə həmin gün Hindistana uçmuşdu.
Onun Böyük Britaniyadan sığınacaq istədiyi bildirilirdi.
Oxşar xəbərlər
Banqladeşdə formalaşacaq keçid hökuməti sabah and içəcək
Banqladeşdə hoteldə baş verən yanğında 24 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
