Banqladeşdə formalaşacaq keçid hökuməti sabah and içəcək
sizinxeber.az xəbər saytı

Banqladeşdə formalaşacaq keçid hökuməti sabah and içəcək


Sabah Banqladeşdə Nobel mükafatı laureatı Məhəmməd Yunusun başçılıq etdiyi müvəqqəti hökumət and içəcək.

APA "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə ordu komandanı general Vaker-Uz-Zaman televiziya vasitəsilə yayımlanan müraciətində deyib.

O bildirib ki, Baş nazir Şeyx Hasinanın istefasından sonra ölkədə zorakılıq törədən şəxslər məsuliyyətə cəlb olunacaq.

Hərbi komandir, donanma və hərbi hava qüvvələrinin rəisləri ilə yanaşı, Məhəmməd Yunusla artıq danışdığını və cümə axşamı onun hava limanında qarşılanacağını əlavə edib.

General Vaker-Uz-Zaman Nobel mükafatı laureatı Məhəmməd Yunusun ölkədə vəziyyəti “demokratik” prosesə aparacağına ümid etdiyini bildirib.

Parisdə jurnalistlərə açıqlama verən Yunus: "Mən evə qayıtmağı və orada nələrin baş verdiyini və içində olduğumuz bəladan çıxmaq üçün nələr edə biləcəyimizi görməyi səbirsizliklə gözləyirəm", - deyə bildirib.

Seçkilərin nə vaxt keçiriləcəyi ilə bağlı suala cavab verən Məhəmməd Yunus deyib ki, bu barədə danışmaq tezdir. "Mən gedib onlarla danışacam. Mən bu sahədə təzəyəm", - o qeyd edib.

Xatırladaq ki, Banqladeşdə davam edən nümayişlər fonunda Baş nazir Şeyx Hasina istefa verərək ölkəni tərk edib. Nümayişlər zamanı 300-ə qədər adam öldürülüb.

Oxşar xəbərlər

Banqladeşdə müvəqqəti hökumətə Nobel mükafatı laureatı rəhbərlik edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir Əli Əsədov Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqladeşdə hoteldə baş verən yanğında 24 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nobel mükafatı laureatı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə hazır olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər