Banqladeşdə hoteldə baş verən yanğında 24 nəfər ölüb
Banqladeşdə beşulduzlu hoteldə baş verən yanğında 24 nəfər ölüb.
APA yerli mətbuata istinadən xəbər verir ki, parlament üzvü Şahin Çakladarın sahibi olduğu "Zabeer International" hotel avqustun 5-də saat 23:30 radələrində izdiham tərəfindən yandırılıb.
İlkin olaraq hoteldə heç bir xilasetmə əməliyyatı aparılmayıb. Yanğın başladıqdan bir saat sonra Hərbi Hava Qüvvələrinə məxsus helikopter hoteldə qalan bir neçə şəxsi xilas edib.
Yanğın qismən nəzarətə götürüləndən sonra 14 mərtəbəli otelin müxtəlif mərtəbələrindən meyitlərin çıxarılmasına başlanılıb.
Hadisə nəticəsində 50-dən çox insan yaralanıb.
Xatırladaq ki, Banqladeşdə etirazlar fonunda Baş nazir Şeyx Hasina istefa verib və ölkəni tərk edərək Hindistana gedib. Nümayişlərdə 300-ə qədər adam öldürülüb. Ordu vəziyyəti nəzarətə götürdüyünü və keçid hökumətinin yaradılacağını elan edib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
