Numan Kurtulmuş: Bir çox terror təşkilatları, o cümlədən PKK vasitəsilə Türkiyəyə təzyiq edilir
Beynəlxalq sistem işləmir.
“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “CNN Türk”ün efirində çıxışı zamanı deyib.
O bildirib ki, bu gün dünyanın fərqli regionlarında baş verən hadisələr də bunu göstərir.
N.Kurtulmuş söyləyib ki, bu gün bəzi dövlətlərin riyakar addımlarının əsas səbəblərindən biri də məhz beynəlxalq sistemin fəaliyyətsizliyidir.
TBMM sədrinin sözlərinə görə, hazırda bir çox terror təşkilatları, o cümlədən PKK vasitəsilə Türkiyəyə təzyiq edilir: "İndi regionda terror dövləti yaratmaq istəyənlərin əsas məqsədi Türkiyədəki sabitliyə mane olmaqdır. Biz gözüaçıq olmalıyıq".
N.Kurtulmuş Yaxın Şərqdəki müharibənin genişlənə biləcəyi barədə xəbərdarlıq edib: “Bunun qarşısını almaq lazımdır. Həmrəylik nəticəsində müharibənin genişlənməsinə mane ola bilərik”.
Oxşar xəbərlər
Türkiyə parlamentinin sədri: Rusiya ilə Ukrayna arasında danışıqlar masası qurulmalıdır
Numan Kurtulmuş: 1982-ci il konstitusiyasından xilas olmağın vaxtı çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
