Sizinxeber.az » DÜNYA » Asiya » KİV: İsrail Ordusunun Baş Qərargah rəisi hərbi əməliyyatların genişləndirilməsinin əleyhinədir

KİV: İsrail Ordusunun Baş Qərargah rəisi hərbi əməliyyatların genişləndirilməsinin əleyhinədir

“İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir Qəzzada yerüstü hərbi əməliyyatların və mövqelərin genişləndirilməsinin əleyhinədir”.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Al-Hadath” nəşri yazıb.

Məqalədə qeyd olunub ki, E.Zamir Nazirlər Kabinetinin bugünkü iclasında əməliyyatın davam etdirilməsinin səbəb olacağı maliyyə itkiləri ilə bağlı hesabat təqdim edəcək.

Ordudakı mənbələr həmçinin, hərbi qarşıdurmanın aylarla davam edəcəyi və İsrail tərəfinin mövqe möhkəmləndirilməsi üçün regiona əlavə 6 hərbi birləşmə cəlb etməli olacağı barədə açıqlama verib.

Xatırladaq ki, bir qədər əvvəl İsrail hökumətindəki mənbələr hərbi əməliyyatların davam etdiriləcəyini bəyan edib:

“Məsələ artıq həll olunub. Əməliyyat həm Qəzza bölgəsini, həm də girovların saxlanıldığı yerləri əhatə edəcək. Baş Qərargah rəisinin bu qərarın icrasından imtina etməsi onun istefası ilə nəticələnə bilər”.

Müəllif onu da yazır ki, başqa mənbələr baş nazir Benyamin Netanyahunun hərbi hərəkatın davamı barədə yekun qərar vermədiyini iddia edir.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !