Hindistan ABŞ-ın rüsum qərarına cavab verib
sizinxeber.az xəbər saytı

Hindistan ABŞ-ın rüsum qərarına cavab verib


Donald Trampın avqust ayından etibarən ABŞ-ın Hindistana 25 faizlik gömrük rüsumları tətbiq edəcəyini açıqlamasından sonra Yeni Dehli hökuməti ABŞ-ın rüsumlarına qarşı milli maraqların qorunması üçün bütün lazımi addımların atılacağını bildirən bəyanat yayıb.

Sizinxeber.az xəbər verir ki, bununla bağlı məlumatı “Hindustan Times” qəzeti yayıb.

Məlumata görə, Yeni Dehli hökuməti ABŞ-ın tariflərinin təsirlərinin tədqiq edildiyini açıqlayıb.

Bəyanatda həmçinin son bir neçə ay ərzində ədalətli, balanslaşdırılmış və qarşılıqlı faydalı ikitərəfli ticarət sazişi üzrə danışıqların aparıldığı da qeyd olunub.

Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Tramp Hindistana 25 faizlik tarif vergisi tətbiq edib.

Oxşar xəbərlər

Tramp Hindistana 25 faizlik tarif vergisi tətbiq edib
Hindistan ABŞ ilə yeni ticarət sazişinə nail olmağa çalışacaq
Avropa İttifaqı ABŞ ilə yeni ticarət strategiyası hazırlayır
ABŞ-ın əsas tərəfdaşları Trampın tarif məhdudiyyətlərinə cavab verib
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər