ABŞ-ın əsas tərəfdaşları Trampın tarif məhdudiyyətlərinə cavab verib
Kanada, Meksika və Çin liderləri ABŞ prezidenti Donald Trampın onların ABŞ-a ixracına 25%-ə qədər yüksək tariflər tətbiq edən sərəncam imzalamasından sonra qətiyyətli addım atmağa söz veriblər.
APA xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Tramp Kanada neftinin ixracına və Çindən idxala 10% rüsum tətbiq edib. Qəzet yazır ki, Kanadanın baş naziri Castin Trüdo televiziya ilə çıxış edərək, Amerika mallarına cavab olaraq 25%-lik rüsumların tətbiq ediləcəyini açıqlayıb.
Trüdo həmçinin Trampın ABŞ istehlakçılarının və sənayenin çox ehtiyac duyulan Kanada kritik mineral və ehtiyatlarına çıxışını təhlükəyə atdığını söyləyib. Başlanğıc üçün Kanada çərşənbə axşamından etibarən ABŞ mallarına 25% rüsum tətbiq edəcək.
Bundan əlavə, Meksika prezidenti Klaudiya Şeynbaum iqtisadiyyat nazirinə Meksikanın maraqlarını qorumaq üçün tarif və qeyri-tarif tədbirləri tətbiq etməyi əmr etdiyini bildirib. O deyib ki, Meksika ilə bağlı problemlər tariflərin tətbiqi ilə həll edilmir.
Çinin Ticarət Nazirliyi də bazar günü ABŞ-ın tariflərinin Ümumdünya Ticarət Təşkilatının qaydalarını "ciddi şəkildə pozduğunu" bildirib və ABŞ-ı "açıq dialoqa və əməkdaşlığı gücləndirməyə" çağırıb.
Oxşar xəbərlər
Kanada ABŞ-dən 155 milyard dollarlıq mallara 25% cavab rüsumları tətbiq edəcək
Kanadanın Baş naziri Trampın tarif təhdidləri ilə bağlı təcili iclas keçirəcək
ABŞ fevralın 1-dən Meksika və Kanada mallarına rüsumlar tətbiq edəcək
Trüdo: Tramp Kanada mallarına 25% rüsum tətbiq edərsə, Ottava müvafiq cavab verəcək
Kanadanın baş naziri Trampa xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













