Malayziya XİN: Tayland və Kamboca liderləri 28 iyulda danışıqlar aparacaqlar
Tayland və Kamboca liderləri — Pxumtham Veçayaçay və Hun Manet, 24 iyulda iki ölkənin sərhədində hərbçilər arasında baş vermiş silahlı toqquşmalardan sonra, 28 iyul tarixində Malayziyada danışıqlar aparacaqlar.
APA xəbər verir ki, bu barədə “Bernama” agentliyi Malayziyanın xarici işlər naziri Moxamad Həsənə istinadən məlumat verib.
“Mənim Tayland və Kamboca xarici işlər nazirləri ilə danışmaq imkanım oldu. Onlar bu məsələyə heç bir başqa ölkənin qarışmaması lazım olduğunu bildiriblər. Nazirlər Malayziyaya tam etibar edirlər və məndən vasitəçi olmağımı xahiş ediblər”, – deyə nazir bildirib.
Nazir əlavə edib ki, ABŞ dövlət katibi Marko Rubio ilə də telefon danışığı gözləyir, çünki ABŞ da vasitəçi olmağa hazır olduğunu bildirib. “Lakin mən hesab edirəm ki, əvvəlcə Malayziya vasitəçi rolunu oynamalıdır, çünki bu məsələ Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) daxilindədir və Malayziya Assosiasiyanın sədri kimi bu vəzifəni yerinə yetirməlidir,” – deyə Həsən qeyd edib.
Oxşar xəbərlər
Tayland-Kamboca sərhədində gərginlik davam edir, gecə boyunca qarşılıqlı hücumlar olub
Kamboca və Tailand liderləri atəşkəs üçün görüşməyə hazırlıqlarını təsdiqləyiblər
Tayland ordusunun hücumu nəticəsində Kambocada 13 nəfər ölüb
Quterreş Kamboca ilə Tailand arasında gərginliyin artmasından narahatdır
Rubio Hindistan və Pakistan XİN rəhbərləri ilə əlaqə saxlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













