Tayland-Kamboca sərhədində gərginlik davam edir,  gecə boyunca qarşılıqlı hücumlar olub
sizinxeber.az xəbər saytı

Tayland-Kamboca sərhədində gərginlik davam edir, gecə boyunca qarşılıqlı hücumlar olub


ABŞ prezidenti Donald Trampın tərəflərin atəşkəs üçün danışıqları qəbul etdiyini açıqlamasına baxmayaraq, Kamboca və Tayland sərhəd xəttində qarşılıqlı hücumlarını davam etdirib.

APA xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Kamboca və Tayland sərhədində 32 nəfərin həyatını itirdiyi və 200 mindən çox insanın yerindən olduğu toqquşmaların sona çatması üçün beynəlxalq təzyiqlər davam edir.

Hər iki tərəf Trampın atəşkəs çağırışına müsbət cavab verməsinə baxmayaraq, sərhəddəki gərginlik gecə boyunca qarşılıqlı hücumlarla davam edib.

Kamboca baş naziri Hun Manet keçirdiyi mətbuat konfransında Trampın atəşkəs çağırışını tam dəstəklədiyini və Taylandla danışıqları qəbul etdiyini bildirib.

Lakin Hun Manetin açıqlamasından bir neçə saat sonra Kamboca Müdafiə Nazirliyinin sözçüsü Maly Socheata Taylandın təcavüzkar hərəkətlərini davam etdirdiyini deyib.

Maly Socheata toqquşmalar nəticəsində 80 mindən çox insanın təhlükəsiz bölgələrə təxliyə edildiyini bildirib.

Tayland da Kambocanı ittiham edib

Tayland Xarici İşlər Nazirliyinin açıqlamasında atəşkəsin dəstəkləndiyi bildirilsə də, Kambocanın Surin əyalətində mülki vətəndaşları hədəfə aldığı iddia olunub.

Kambocadan “səmimi niyyət” gözlədiyini bildirən Tayland, sərhəd xəttində hücumlarını davam etdirib.

Oxşar xəbərlər

Kamboca və Tailand liderləri atəşkəs üçün görüşməyə hazırlıqlarını təsdiqləyiblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tayland ordusunun hücumu nəticəsində Kambocada 13 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Quterreş Kamboca ilə Tailand arasında gərginliyin artmasından narahatdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tailand-Kamboca sərhədində silahlı toqquşmalarda 15 nəfər ölüb, 46 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamboca BMT-ni təcili iclas keçirməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər