İsrail tanklarının insan kütləsinə atəş açması nəticəsində azı 59 fələstinli həlak olub
sizinxeber.az xəbər saytı

İsrail tanklarının insan kütləsinə atəş açması nəticəsində azı 59 fələstinli həlak olub


İyulun 15-də İsrail tanklarının Qəzza zolağına humanitar yardım aparmağa çalışan insanları atəşə tutması nəticəsində azı 59 nəfər həlak olub.

Sizinxeber.az xəbər verir ki, bu haqda “Reuters”in mənbələrə istinadən verdiyi məlumatda deyilir.

“İsrail tankları çərşənbə axşamı Qəzza zolağında yük maşınlarından yardım almağa çalışan kütləyə atəş açıb, ən azı 59 nəfər həlak olub”, - deyə agentlik yazıb.

Şahidlərin agentliyə verdiyi məlumata görə, İsrail tankları yardım almaq üçün Xan Yunis şəhərində toplaşan minlərlə insan kütləsinə azı iki mərmi atıb.

İsrail ordusu “Reuters”ə tanklar tərəfindən atəş açıldığını təsdiqləyib və hadisənin araşdırıldığını bildirib.

Hadisə nəticəsində 59 nəfərin həlak olduğu, azı 221 nəfərin isə yaralandığı bildirilir.

Oxşar xəbərlər

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 70-dən çox fələstinli həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail tankları Suriyaya daxil olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Al Jazeera: Ötən gün İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzzaya hava hücumları nəticəsində 61 fələstinli həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 95 fələstinli həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər