İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 95 fələstinli həlak olub
sizinxeber.az xəbər saytı

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 95 fələstinli həlak olub


İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində onlarla insan həlak olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

İsrail ordusunun Qəzzada kafe, xəstəxana, məktəb və ərzaq paylama məntəqələrinə hücumu nəticəsində azı 95 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.

Telekanal bildirib ki, İsrail hava qüvvələrinin Qəzza şəhərinin şimalında ad günü mərasiminə toplaşan qadın və uşaqlar da daxil olmaqla insanlarla dolu dənizkənarı kafeyə endirdiyi hücumda 39 nəfər həlak olub.

Bazar ertəsi də İsrail qüvvələri Qəzza şəhərində yüzlərlə məcburi köçkün fələstinlinin sığındığı Yafa məktəbini bombalayıb.

Oxşar xəbərlər

Qəzzada ölənlərin sayı 53 minə çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 70-dən çox fələstinli həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 20-dən çox insan ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzzaya endirdiyi aviazərbələr nəticəsində 39 fələstinli ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Qəzzaya endirdiyi zərbələrdə 50-dən çox fələstinli həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər