Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra ölüb - FOTO
Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü, Şahzadə əl-Valid ibn Xalid ibn Talal əl-Səud 36 yaşında vəfat edib.
APA xəbər verir ki, o, son 20 ilini komada keçirib və ölkədə "Yatmış şahzadə" ləqəbi ilə tanınıb.
Əl-Valid 2005-ci ildə, 16 yaşında olarkən Londonda təhsil aldığı zaman ağır yol-nəqliyyat qəzasına düşüb və başından ciddi xəsarət alıb və vaxtdan bəri huşsuz vəziyyətdə Riyaddakı klinikada müalicə alıb.
Onun ölüm xəbərini sosial şəbəkədə atası – şahzadə Xalid ibn Talal ibn Əbdüləziz paylaşıb.
Həkimlər illər boyu ailəni vəziyyətin ümidsiz olduğu barədə xəbərdar etmişdi. Lakin ata oğlunun cizahazdan ayrılmasına razı olmayıb və bütün bu illər ərzində onun sağalacağına ümid edib.
Oxşar xəbərlər
Yunanıstanın kral ailəsinin yeganə üzvü vəfat edib
Səudiyyə Ərəbistanı ilə “yaşıl enerji” tərəfdaşlığını genişləndirən sənədlər imzalanıb - FOTO
Lüksemburq şahzadəsi 22 yaşında vəfat edib
Naxçıvanda qəzada xəsarət alaraq 2 həftə komada qalan 47 yaşlı kişi ölüb
Azərbaycan və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığı müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













