sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Lüksemburq şahzadəsi 22 yaşında vəfat edib
Lüksemburq şahzadəsi Frederik mitoxondrial xəstəliklə uzun sürən mübarizədən sonra martın 1-də 22 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə onun valideynləri, Lüksemburq şahzadəsi Robert və Culiya rəsmi açıqlamada bildiriblər.
Gənc şahzadə fevralın 28-də yaxınları ilə vidalaşdıqdan sonra vəfat edib. Valideynlərinin dediyinə görə, hətta fiziki vəziyyətinin kəskin şəkildə pisləşdiyi son günlərində də Frederik iradəli idi:
“O, sona qədər yumor hissini qoruyub və başqalarına qayğı göstərib”.
Qeyd edək ki, Frederikə 14 yaşında mitoxondrial xəstəlik diaqnozu qoyulub. Bu, maddələr mübadiləsini pozan nadir genetik xəstəlikdir.
Oxşar xəbərlər
Yunanıstanın kral ailəsinin yeganə üzvü vəfat edib
Almaniya millisinin sabiq üzvü 27 yaşında vəfat edib
ABŞ klubunun qapıçısı 25 yaşında vəfat edib
Biləsuvarın ən yaşlı sakini vəfat edib
Tanınmış tarzən Rövşən Zamanov vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













