İstanbul valisi FETÖ terror təşkilatı ilə bağlı xarici ölkələrə çağırış edib
FETÖ terror təşkilatı xarici ölkələrdə Türkiyə ilə ticarət əlaqələri quran, qurmaq istəyən şəxslərin övladlarını həmin ölkələrdə yaratdıqları məktəblərə cəlb edirdilər.
APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İstanbul valisi Davut Gül bildirib.
Davut Gül deyib ki, bu yolla həmin şəxslər də FETÖ-nün təsir dairəsinə düşürdülər: "Beləliklə, 15 iyulda FETÖ terror təşkilatı çevrilişə cəhd etdi. Türkiyədə FETÖ-nün çevriliş planının qarşısını alan Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyəti, Prezidentin çağırışı ilə xalqın meydanlara axışması, xalqın birliyi oldu. Prezidentin çağırışı ilə Orduda, polisdə bu çevrilişə qarşı çıxan Vətən övladlarımızın da dəstəyi ilə 16 iyul səhəri artıq vəziyyət tam nəzarət altına alndı".
İstanbul valisi qeyd edib ki,15 iyulda xalq seçdiyi şəxsləri heç kimə təslim etməyəcəyini ortaya qoydu: "Xalqımız bu torpaqları birilərinə verməyəcəyini də bir daha göstərmiş oldu. FETÖ Türkiyədə bacarmadığını şəbəkələrini qurduğu xarici ölkələrdə də edə bilər. Biz dost ölkələri FETÖ terror təşkilatına qarşı diqqətli olmağa çağırırıq".
Davut Gül çevriliş cəhdi dövründə Sivas valisi olduğunu xatırladıb: "Bu terror təşkilatı müxtəlif yollarla pərdələnir. Məsələn, məlum oldu ki, Sivasda ələvi dərnəyini FETÖ qurubmuş".
Oxşar xəbərlər
Konsul: Türkiyə FETÖ-yə qarşı mübarizəni qətiyyətlə davam etdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbul valisi: Çevriliş planını pozan Türkiyə Prezidentinin və xalqının iradəsi idi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: 15 iyulda xalqın mübarizəsi həm də işğalın qarşısını aldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Numan Kurtulmuş: 15 iyul Türkiyə xalqının tarixində böyük qəhrəmanlıq nümunəsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əkrəm İmamoğlu ifadə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













