Türkiyənin vitse-prezidenti: Çevrilişlərin tarixi 15 iyulla qapandı
Türkiyə vitse-prezidenti Cevdet Yılmaz 15 iyul dövlət çevrilişinə cəhdin arxasında xaricdəki dairələrin durduğunu bəyan edib.
Sizinxeber.az-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Cevdet Yılmaz bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin 15 iyul dövlət çevrilişinə cəhdin ildönümü ilə bağlı təşkil etdiyi “Yaddaş, ədalət və gələcək” panelində bəyan edib.
Türkiyə vitse-prezidenti deyib ki, 15 iyulun arxa planına daha dərindən baxmaq lazımdır: “İlk öncə tariximizi unutmamalıyıq. Tarixi unudan xalqın gələcəyi olmaz. Çevrilişlərin tarixi 15 iyulla qapandı. 15 iyulda Türkiyə Böyük Millət Məclisi, Prezident Sarayı əsgər paltarı geyinmiş xainlər tərəfindən bombalandı. Bu iki məkanın bombalanması təsadüfi deyil. Düşmən belə parlamentləri bombalamaqdan yayınır, FETÖ terror təşkilatı isə əksini etdi. Çevrilişlər, çevrilişlərə cəhdlər xalqın iradəsinə qarşıdır, buna görə də bu, xaricdəki dairələrin, həmin dairələrin əlaltılarının milli iradəyə qarşı çıxmasıdır”.
Oxşar xəbərlər
Vitse-prezident: Türkiyə xarici dairələrin təsiri ilə hazırlanmış konstitusiyalarla vidalaşmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cevdet Yılmaz: Türkiyə gələcəyini inşa edərkən FETÖ-nü çox dərindən analiz etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cevdet Yılmaz: Azərbaycanla qardaşlıq və müttəfiqlik münasibətlərimizi daha da dərinləşdirəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cevdet Yılmaz: Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha cəlbedici edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Numan Kurtulmuş: 15 iyul Türkiyə xalqının tarixində böyük qəhrəmanlıq nümunəsidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













