Cevdet Yılmaz: Azərbaycanla qardaşlıq və müttəfiqlik münasibətlərimizi daha da dərinləşdirəcəyik
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Sizinxeber.az xəbər verir ki, Prezident Külliyəsində baş tutan görüşdə Türkiyə-Azərbaycan münasibətlərinin nail olduğu qardaşlıq və müttəfiqlik səviyyəsinin daha da artması üçün atılan konkret addımlar və regionda baş verənləri müzakirə etdik.
“Ədalət Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinə səmimi və konstruktiv yanaşmalarına görə təşəkkür edirəm. Qardaş Azərbaycanla,"bir millət, iki dövlət" anlayışı ilə davam etdiyimiz güclü əməkdaşlığı qarşılıqlı etimad və qardaşlıq çərçivəsində dərinləşdirməyə davam edəcəyik”,- deyə Cevdet Yılmaz əlavə edib.
Qeyd edək ki, Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Oxşar xəbərlər
Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul edib
Türkiyənin vitse-prezidenti: Azərbaycanla bütün sahələrdə əməkdaşlığımızı davam etdirməkdən məmnunuq
Cevdet Yılmaz: Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha cəlbedici edəcək
Cevdet Yılmaz: "Azərbaycanla Türkiyə beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı genişləndirməyə davam edəcək"
Cevdet Yılmaz: "Türkiyə-Azərbaycan qardaşlığı əbədi olaraq davam edəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













