Tramp Kanada məhsullarına yeni tariflər tətbiq edib
ABŞ Prezidenti Donald Tramp Kanada məhsullarına yeni tariflər tətbiq edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Tramp “Truth Social”dakı hesabında yazıb.
Ağ Evin rəhbəri bildirib ki, yeni tariflər martın 12-dən qüvvəyə minəcək.
O, Ticarət Nazirliyinə indiyədək Kanadadan gətirilən məhsullara tətbiq olunan 25 faizlik gömrük rüsumlarını 50 faizədək artırmağı tapşırdığını açıqlayıb.
Trampın Kanadanın idxal tariflərinə qarşı tələbi
Donald Tramp indiyədək Kanadanın ABŞ-dən olan fermerlərə tətbiq etdiyi 250 faizlik idxal tarifinin 390 faizədək azaldılmasını tələb edib.
Tramp açıqlayıb ki, növbəti mərhələdə, daha dəqiq aprelin 2-dən etibarən Birləşmiş Ştatların ərazisinə daxil olacaq avtomobillərə görə müəyyənləşdirilən rüsumlar əhəmiyyətli dərəcədə artırılacaq.
Kanadanın ABŞ-a qoşulması təklifi
ABŞ lideri rəsmi Vaşinqtonun Kanadaya ayrılan 200 milyard dollar həcmindəki subsidiyaların dayandırılacağının anonsunu verib və bildirib ki, bu ölkənin yeganə xilas yolu 51-ci ştat qismində Amerika Birləşmiş Ştatlarının tərkibinə qoşulmasıdır: “Bu, tariflərlə bağlı mövcud olan bütün problemləri həll edə və Kanadanın istər hərbi, istərsə də digər sahələrdə təhlükəsizliyini təmin edə bilər. Həmin addım dünyanın ən güclü dövləti olan Birləşmiş Ştatların daha əzəmətli dövlət olmasına şərait yaradacaq. Uzun illər əvvəl süni şəkildə həyata keçirilən parçalanma siyasəti də beləcə aradan qalxacaq. Kanadanın himni isə “nəhəng və əzəmətli dövlət” sətirləri ilə ifa olunacaq. Elə bir dövlət ki, dünya beləsini hələ görməyib!”
Oxşar xəbərlər
Tramp: ABŞ-nin Meksika və Kanadaya tariflər tətbiq etmək planları dəyişməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ bu gün Kanada və Meksika mallarına rüsumların azaldılmasını elan edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp ABŞ-nin Kanadaya rüsumları dayandıracağını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Kanadaya ciddi xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp Trüdo ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












