sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABŞ nüvə silahının Ukraynaya verilməsinə qarşı çıxıb
Ukrayna prezidenti Volodimir Zelenskinin NATO-ya qoşulma prosesinin uzanacağı təqdirdə Rusiya təcavüzündən müdafiə olunmaq üçün ölkəyə nüvə silahı verilməli olduğu barədə bəyanatları ciddi deyil.
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Breitbart News”a müsahibəsində deyib.
“Heç kəsin bunu onlardan ciddi təklif hesab etdiyini düşünmürəm. Onların nüvə silahı ilə təchiz olunmasının problemin həlli olduğunu da düşünmürəm. Düşünmürəm ki, bu, real tələbdir. Bizə daha çox yox, daha az nüvə silahı olan ölkələr lazımdır”, - o deyib.
Rubio həmçinin bildirib ki, ABŞ və Rusiyanın birgə işləmək imkanları var.
Oxşar xəbərlər
Ukrayna Prezidenti: Nüvə silahı istəmirik, vaxtında imtina etdiyimizə görə, müharibə ilə qarşılaşdıq
Rubio: Rusiya qlobal nüvə dövlətidir, ABŞ onunla dialoq aparmalıdır
Rubio: BMT Baş Assambleyasının düşmənçilik xarakterli qətnamələri Ukraynadakı münaqişənin həllinə kömək etmir
Rəsmi Moskva: Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək
Zelenski: Qərb Kiyevi NATO-ya qəbul etmirsə, Ukraynaya nüvə silahı verməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









