Trampın administrasiyası Kanadanı "Beş Göz" ittifaqından çıxarmaq istəyir
Kanadanın “Beş Göz” kəşfiyyat alyansından xaric edilməsi Ağ Evdə ən yüksək səviyyələrdə müzakirə olunur.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə görə, ABŞ prezidenti Donald Trampın ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro Kanadanın Avstraliya, Böyük Britaniya və Yeni Zelandiyanın da daxil olduğu “Beş Göz” alyansından çıxarılması təklifinin müəllifidir.
Nəşrin yazdığına görə, Vaşinqton bununla Ottavanı ABŞ ərazisinə köçən qeyri-qanuni miqrantlarla mübarizəni gücləndirməyə təşviq etmək istəyir.
Qəzet qeyd edib ki, hazırda Trampın bu ideyaya necə reaksiya verdiyi məlum deyil, lakin bu, Ağ Ev rəsmiləri tərəfindən geniş müzakirə olunur.
Oxşar xəbərlər
Trampın Aİ-dən idxal olunan mallara 10% əlavə rüsum tətbiq etmək istəyir
Tramp Aİ-dən idxal olunan mallara 10% əlavə rüsum tətbiq etmək istəyir
Kanadanın regional liderləri Trampla metal tariflərini müzakirə edəcəklər
KİV: Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib
Trampın oğlu İtaliyanın şimalında qeyri-qanuni ov etməkdə şübhəli bilinir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









