ABŞ Prezidenti: Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir
sizinxeber.az xəbər saytı

ABŞ Prezidenti: Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir


Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu istəmir.

Sizinxeber.az xəbər verir ki, Ağ Ev rəhbəri Donald Tramp bunu Mar-a-Laqodakı malikanəsində jurnalistlərə açıqlamasında bildirib.

“Onlar Kiyevi bombalamadılar, çünki düşünürəm ki, ora çoxlu raket atmaq istəmirlər. Bu prosesi cəmi 20% həyata keçirdilər, 100% yox. Əgər onlar bunu 100% etmək istəsəydilər, yəqin ki, bu, çox tez bir şəkildə baş verərdi,” – Tramp vurğulayıb.

Amma Ukraynada elə şəhərlər var ki, onlar tamamilə dağıdılıb.

ABŞ prezidenti Zelenskiyə də müraciət edərək, onun Ukraynanın danışıqlar masasına buraxılmaması ilə bağlı bəyanatını xatırladıb.

“3 ildir bu işlə məşğulsan. Bunu 3 il əvvəl bitirməliydin, heç başlamamalıydın. Razılaşa bilərdin”, - Ağ Ev rəhbəri deyib.

ABŞ prezidentinin fikrincə, bu razılaşma Ukrayna şəhərlərinin toxunulmaz qalmasına, insanların sağ qalmasına və ölkənin demək olar ki, bütün ərazilərini saxlamasına imkan verərdi.

Oxşar xəbərlər

Tramp: Kiyev danışıqlarda iştirak etmək istəyirsə, seçkilərə ehtiyacı var
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
Makron: Ukrayna probleminin tez və asan həlli yoxdur
Tramp: ABŞ Rusiya və Ukrayna rəhbərliyi ilə danışıqlar aparır
Ağ Ev rəhbəri Putinlə görüşünün fevralda olacağını istisna etməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər