Nikolas Maduro and içərək üçüncü dəfə Venesuela prezidenti olacaq
Venesuela prezidenti vəzifəsinə yenidən seçilən Nikolas Maduronun inaqurasiya mərasimi cümə günü, yanvarın 10-da Karakasda keçiriləcək.
Sizinxeber.az xəbər verir ki, mərasim ölkədə ötən ilin iyulunda keçirilən prezident seçkilərindən beş ay sonra baş tutacaq.
Rəsmi məlumatlara görə, Maduro 51,2% səslə qalib gəlib. Maduronun əsas rəqibi seçkinin nəticələrini tanımayan müxalifət lideri Edmundo Qonzales Urrutia idi.
Argentina, Qvatemala, Kosta Rika, Peru və Çili də daxil olmaqla bir çox Latın Amerikası ölkələrinin liderləri də seçkinin nəticələrini rədd edib və ya şübhə altına alıblar.
Qonzalesin qələbəsi isə bir sıra Qərb ölkələrində, o cümlədən ABŞ-da tanınıb.
Qeyd edək ki, Qonzalesin özü ölkəni tərk etmək məcburiyyətində qalıb. Lakin bundan əvvəl o and içmək üçün yanvarın 10-dək Venesuelaya qayıtmaq niyyətində olduğunu bəyan etmişdi.
Nikolas Maduro Huqo Çaves hökumətində xarici işlər naziri (2006-2013) və Venesuelanın vitse-prezidenti (2012-2013) vəzifələrində çalışıb.
Maduro 2013-cü ilin martından aprel ayına qədər Venesuela prezidentinin səlahiyyətlərini icra edib.
Daha sonra o, ölkənin prezidenti seçilib. O, 2024-cü ilin iyulunda üçüncü müddətə yenidən seçilib.
Oxşar xəbərlər
Maduro: Qonzales özünü Venesuela lideri elan etməkdən qorxurdu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maduro prezident seçkilərində qalib gəlib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Venesuela bəzi ölkələrdəki səfirlərini geri çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Argentina, Peru və Çili Maduronun qələbəsini tanımayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maduro BMT-nin fəaliyyətini kəskin tənqid edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












