Maduro BMT-nin fəaliyyətini kəskin tənqid edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
okt
2024
15:00

Maduro BMT-nin fəaliyyətini kəskin tənqid edib

24 okt, 2024
15:00
601

Maduro BMT-nin fəaliyyətini kəskin tənqid edib

“Qəzzadakı yaşayış binalarına düşən hər bir raket BMT-nin ümumi fəaliyyət sistemini darmadağın edir”.

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Venesuela prezidenti Nikolas Maduro “BRICS+” çərçivəsində keçirilən toplantıda bildirib.

O, Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətini də tənqid edib. N.Maduro vurğulayıb ki, sözügedən struktur Afrika, Asiya və Latın Amerikası ölkələrinə təzyiq göstərmək məqsədilə istifadə edilir:

“Livanın cənubunda və Beyrutda hər gün insanlar qətlə yetirilir, yaxud yaralanır. Bəs beynəlxalq səviyyəli ədalət mühakiməsinin fəaliyyəti nədən ibarətdir? Onlar işlərinin bir sıra sənəd və bəyanatlar qəbul etməkdən ibarət olduğunu düşünür. Afrika, Asiya və Latın Amerikası ölkələrində yaşayan qadınlar və uşaqların vəziyyəti heç kimi maraqlandırmır”.

Bizimlə əlaqə saxlayın