Tramp Qəzzada girovların saxlanmasına görə məsuliyyət daşıyanları hədələyib
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasiminə qədər atəşkəs razılaşması əldə olunmaması və girovların geri qaytarılmaması halında Qəzza zolağında girovların saxlanmasına görə məsuliyyət daşıyanları qəddarlıqla cəzalandıracağı ilə hədələyib.
APA xəbər verir ki, Tramp bu haqda öz “Truth” hesabında yazıb.
“Qoy bu mesaj onun təsdiqi olsun ki, girovlar 2025-ci il yanvarın 20-dək azad edilməsələr və mən qürurla Birləşmiş Ştatların prezidenti vəzifəsini icra etməyə başlasam, insanlara qarşı Yaxın Şərqdə bu vəhşilikləri törədənlərin hamısı amansızcasına hesab verəcəklər.”, - deyə o bildirib.
Tramp onu da qeyd edib ki, girovların saxlanmasına görə məsuliyyət daşıyanlar ABŞ tarixində hamıdan çox zərər görəcəklər.
Oxşar xəbərlər
Tramp BRİCS ölkələrini gömrük rüsumları ilə hədələyib
Tramp səhiyyə naziri vəzifəsinə Robert Kennedinin namizədliyini irəli sürür
Tramp Ağ Evə gələrək Baydenlə görüşüb
KİV: Tramp inaqurasiyadan əvvəl xarici liderlərlə görüşməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
