Tramp BRİCS ölkələrini gömrük rüsumları ilə hədələyib
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp BRİCS ölkələrini hədələyib.
APA xəbər verir ki, “Truth” sosial şəbəkəsindəki hesabında məsələyə münasibət bildirən Tramp BRİCS qrupuna xəbərdarlıq edib ki, əgər onlar yeni valyuta yaratsalar, ABŞ hökuməti bu ölkələrə qarşı gömrük rüsumlarını 100 faiz artıracaq.
"Biz istəyirik ki, bu ölkələr yeni BRİCS valyutası yaratmayacaqları və ya güclü ABŞ dollarını əvəz edəcək başqa valyutanı dəstəkləməyəcəkləri barədə öhdəlik götürsünlər. Əks halda, onlar 100 faiz tariflərlə üzləşəcək və böyük ABŞ iqtisadiyyatına satışla vidalaşmalı olacaqlar. Onlar gedib özlərinə başqa avam tapsınlar. BRİCS-in beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi mümkün deyil və buna cəhd edən hər bir ölkə Amerika ilə vidalaşmalıdır”, - deyə tramp bildirib.
Oxşar xəbərlər
Tramp dollardan imtina edən BRICS-i təhdid edib: Onların dolları əvəz etməsi ehtimalı yoxdur
Kazanda BRICS-in XVI sammitinin geniş tərkibdə iclası keçirilib
BRICS-ə üzvlük üçün müraciət edən dövlətlərin liderləri Kazan sammitinə dəvət olunublar
Baş nazir: Malaziya BRİCS-ə üzvlük üçün prioritet verilən ölkələr sırasındadır
Pezeşkian BRICS sammmitində beynəlxalq təşkilatları tənqid edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













