KİV: ABŞ Venesuela Prezidentinin təyyarəsinə həbs qoyub
ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyaraq onu Florida ştatına göndərib.
“Report” xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Vaşinqton hesab edir ki, təyyarə ABŞ sanksiyalarından yayınmaqla alınıb. Bu səbəbdən bazar ertəsi ona həbs qoyulub və təyyarə Dominikan Respublikasından Floridaya göndərilib”, - məlumatda deyilir.
Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, Maduro yenidən ölkə prezidenti seçilib (51,2 % səs ilə rəqibi Qonsalesi (44,2 %) qabaqlayıb – red.).
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin sözlərinə görə, Birləşmiş Ştatlar Maduroya təzyiq göstərmək və onu Venesuelanı demokratiya yoluna qaytarmağa məcbur etmək variantlarını nəzərdən keçirir.
Oxşar xəbərlər
ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyub
ABŞ Maduroya təzyiq etmək variantlarını nəzərdən keçirir
ABŞ Maduroya təzyiq göstərməyin mümkün yollarını axtarır
Maduro: Venesuelada iğtişaşların 2 mindən çox iştirakçısı saxlanılıb
Maduro Venesuelada keçirilən prezident seçkilərində qalib gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













