Pekin və Moskva BMT TŞ-nin Hörmüz boğazı üzrə qətnamə layihəsini bloklayıb
sizinxeber.az xəbər saytı

Pekin və Moskva BMT TŞ-nin Hörmüz boğazı üzrə qətnamə layihəsini bloklayıb


Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının (TŞ) dövlətləri Hörmüz boğazında kommersiya gəmiçiliyinin qorunması üzrə səyləri əlaqələndirməyə çağıran qətnamə layihəsinə veto qoyub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, sənəd Bəhreyn tərəfindən səsverməyə çıxarılıb.

Səsvermənin nəticələrinə əsasən, TŞ-nin 15 üzvündən 11-i təşəbbüsü dəstəkləyib. Rusiya və Çin əleyhinə çıxış edib, daha iki ölkə isə bitərəf qalıb.

Qeyd edilib ki, Moskva və Pekin qətnamənin mətnini İrana qarşı qərəzli hesab edib.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi səsvermənin nəticələrini şərh edərək, məsuliyyətli ölkələri Vaşinqtonun boğazda gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üzrə səylərinə qoşulmağa çağırıb.

Agentliyin məlumatına görə, səsvermə ABŞ Prezidenti Donald Trampın İranın ünvanına səsləndirdiyi sərt bəyanatlar fonunda keçirilib.

Oxşar xəbərlər

Bəhreyn BMT Təhlükəsizlik Şurasını öhdəliklərini yerinə yetirə bilməkdə günahlandırıb
Çin BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
ABŞ BMT TŞ-nın Qəzzada atəşkəslə bağlı qətnaməsinə veto qoyub
Makron: Fransa Hörmüz boğazının açılması üzrə əməliyyatlarda iştirak etməyəcək
Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər