Aİ səfirləri Rusiyaya qarşı 21-ci sanksiya paketini müzakirə etməyə başlayacaqlar
Avropa İttifaqına üzv 27 ölkənin daimi nümayəndələri iyunun 10-da Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayacaqlar.
Sizinxeber.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Daimi Nümayəndələr Komitəsinin gündəliyində qeyd olunub.
Gündəlikdə Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər, eləcə də Belarusa qarşı sanksiyalarla bağlı məsələ yer alıb.
Qeyd edək ki, iyunun 9-da Avropa Komissiyası Rusiyaya qarşı 21-ci sanksiya paketinin layihəsini təqdim edib.
Yeni məhdudiyyətlərin əsasən Rusiyanın enerji ixracı və bank sektoruna yönələcəyi bildirilir.
Aİ səfirləri bu paketin iyunun 15-də Lüksemburqda keçiriləcək nazirlər görüşündə müzakirəyə çıxarılması üçün hazırlıq aparacaqlar.
Oxşar xəbərlər
Aİ ölkələri Rusiyaya qarşı 17-ci sanksiya paketinin razılaşdırılmasına başlayıb
Aİ-nin Rusiyaya qarşı 16-cı sanksiya paketinə dair təkliflər sabah müzakirə ediləcək
Fransanın XİN başçısı Rusiyaya qarşı 17-ci sanksiya paketinin razılaşdırıldığını təsdiqləyib
Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayır
Aİ Rusiyaya qarşı 16-cı sanksiya paketini təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq
