İyunun 8-i keçiriləcək qəbul imtahanı üzrə indiyə qədər 28 minə yaxın abituriyent qeydiyyatdan keçib
sizinxeber.az xəbər saytı

İyunun 8-i keçiriləcək qəbul imtahanı üzrə indiyə qədər 28 minə yaxın abituriyent qeydiyyatdan keçib


I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi 2026-cı il iyunun 8-dək aparılacaq.

Bu barədə Sizinxeber.az-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər.

5 iyun saat 09:15-ə olan məlumata əsasən I ixtisas qrupu üzrə 6131, II ixtisas qrupu üzrə 9245, III ixtisas qrupu üzrə 10733, IV istisas qrupu üzrə 1598 olmaqla, ümumilikdə isə 27707 abituriyent qeydiyyatdan keçib.

İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi II və III ixtisas qrupları üzrə iyulun 5-də, I və IV qruplar üzrə isə iyulun 12-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 12-də keçiriləcək.

Oxşar xəbərlər

Qəbul imtahanının 2-ci mərhələsinə qeydiyyat başa çatır
Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak üçün qeydiyyat bu gün başa çatır
Qəbul imtahanının II mərhələsi üçün qeydiyyat elan edilib
Qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlanıb
Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər