ABŞ-da milyonçular üçün vergi artımı büdcəyə 400 milyard dollar gətirə bilər
ABŞ-da milyonçular üçün gəlir vergisinin 40%-ə qədər artırılması, qarşıdakı 10 il ərzində dövlət büdcəsinə təxminən 400 milyard dollar əlavə vəsait gətirə bilər.
Sizinxeber.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin bildirir ki, Yale Universiteti nəzdində fəaliyyət göstərən "Budget Lab" tədqiqat mərkəzinin hesablamalarına əsasən, illik gəliri 1 milyon dollar və daha çox olan amerikalılar üçün verginin 40%-ə qaldırılması hökumətə 420 milyard dollar qazandıracaq.
Digər tərəfdən, "Tax Foundation" adlı iqtisadi tədqiqat mərkəzinin hesablamaları bu rəqəmi 358 milyard dollar olaraq göstərir.
Hazırda ABŞ-da gəlir vergisinin maksimal dərəcəsi 37% təşkil edir.
Oxşar xəbərlər
Tramp: Gömrük rüsumları ABŞ-a gündəlik 2 milyard dollar qazandırır
Bezos "Amazon"un 2 milyard dollarlıq səhmlərini satıb
Çində 82,8 milyard dollar dəyərində qızıl ehtiyatı aşkarlanıb
Gürcüstanın altı ayda turizmdən əldə etdiyi gəlir rekord həddə – 1,9 milyard dollar təşkil edib
ABŞ 10 ildə idxal rüsumlarından 6 trilyon dollar gəlir əldə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













