Gideon Saar: "Hizbullah" İsrail və Livan arasında əsas maneədir
sizinxeber.az xəbər saytı

Gideon Saar: "Hizbullah" İsrail və Livan arasında əsas maneədir


İsrailin xarici işlər naziri Gideon Saar radikal "Hizbullah" qruplaşmasının onun ölkəsi ilə Livan arasındakı münasibətlərdə əsas problem olduğunu bildirib.

"Report" "Al-Jazeera" telekanalına istinadən xəbər verir ki, bu barədə o Vaşinqtonda iki ölkə arasında danışıqlar ərəfəsində mətbuat konfransında çıxışı zamanı bildirib.

Saar qeyd edib ki, İsrail Livanla sülhə və münasibətlərin normallaşmasına can atır.

"İsrail və Livan arasında ciddi fikir ayrılıqları yoxdur. Problem "Hizbullah"dır", - o deyib.

Onun sözlərinə görə, "Hizbullah" həm də Livanın suverenliyi üçün problemdir.

Bu gün keçiriləcək danışıqlar Livan və İsrail arasında 1993-cü ildən bəri ilk belə təmaslar olacaq. Vasitəçi qismində ABŞ dövlət katibi Marko Rubio çıxış edəcək, həmçinin İsrail və Livanın ABŞ-dəkı səfirləri də iştirak edəcəklər.

Oxşar xəbərlər

CNN: Rubio Vaşinqtonda İsrail-Livan danışıqlarına qatılacaq
Livan ilə İsrail arasında tarixi danışıqlar baş tuta bilər
KİV: Livan və İsrail aprelin 11-də atəşkəs elan edə bilər
İsrail xüsusi təyinatlıları "Hizbullah" üzvünü oğurlayıb
İsrail və Britaniya XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər