Vens Maskın siyasi partiya yaratmaq cəhdlərini “böyük səhv” adlandırıb
sizinxeber.az xəbər saytı

Vens Maskın siyasi partiya yaratmaq cəhdlərini “böyük səhv” adlandırıb


ABŞ-ın vitse-prezidenti Cey Di Vens amerikalı iş adamı İlon Maskın siyasi partiya yaratmaq cəhdlərini “böyük səhv” adlandırıb.

APA xəbər verir ki, bu fikri Vens "Fox News" telekanalına müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Donald Trampın administrasiyasında işlədikdən sonra Mask artıq respublikaçılarla demokratlar arasında orta xətti tuta bilməz.

“Düşünürəm ki, İlon Mask üçün üçüncü partiya yaratmaq cəhdlərini davam etdirmək böyük səhv olar. Arqumentim bundan ibarətdir ki, istəsə də, istəməsə də, o, artıq radikal solçular tərəfindən sağçıların tərəfdarı kimi qəbul olunur. Onun həm demokratlar, həm də respublikaçılar tərəfindən seviləcəyi, hansısa orta siyasi xəttə yer ala biləcəyi fikri reallığa uyğun deyil”, – Vens bildirib.

Xatırladaq ki, iyulun 5-də İlon Mask ABŞ-da “Amerika” partiyasını yaratdığını açıqlamışdı.

Oxşar xəbərlər

ABŞ prezidenti İlon Maskın partiya yaratmaq planlarını gülünc adlandırıb
Vens: Putin və Zelenskinin görüşü münaqişədəki çıxılmaz vəziyyəti aradan qaldıra bilər
Mask yeni siyasi partiya yaratmaq fikrindən daşınıb
Vens: Mask ABŞ administrasiyasında qalacaq
Vens Bayden dövründə ABŞ-ın Ukraynaya yardımlarını “ağlasığmaz” adlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər