ABŞ prezidenti İlon Maskın partiya yaratmaq planlarını gülünc adlandırıb
ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın siyasi partiya yaratmaq planlarını gülünc adlandırıb.
"Sizinxeber.az"un məlumatına görə, o, bu fikirləri jurnalistlərlə söhbətində səsləndirib.
"Mən üçüncü partiyanın yaradılmasını gülünc hesab edirəm. Biz Respublikaçılar Partiyası ilə böyük uğur qazanmışıq", - deyə Tramp Maskın planlarını şərh etmək xahişinə cavab olaraq bildirib və əlavə edib ki, ABŞ-da "həmişə ikipartiyalı sistem olub".
"Düşünürəm ki, üçüncü partiyanın yaradılması qarışıqlıq yaradardı", - o qeyd edib.
Prezident əlavə edib ki, Mask "əylənə bilər", lakin onun fikrincə, Respublikaçı və Demokrat partiyalarından başqa hər hansı partiyalar "heç vaxt işləməyib".
Daha öncə xəbər verdiyimiz kimi, Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət edib.
Oxşar xəbərlər
Amerikalı milyarder İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb
Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət edib
İlon Maskın yaratmaq istədiyi partiyanın adı açıqlanıb
KİV: Tramp Maskın üzrxahlığından əvvəl onunla telefonla danışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
