Mask yeni siyasi partiya yaratmaq fikrindən daşınıb
İlon Mask biznesə diqqəti cəmləmək və Respublikaçılar Partiyasının səslərini zəiflətməmək üçün yeni siyasi partiyanın yaradılmasını təxirə salıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Maskın qərarında əsas amillərdən biri onun MAGA (Amerikanı yenidən möhtəşəm etmək) siyasi hərəkatının potensial varisi hesab edilən vitse-prezident Jeyms Venslə yaxşı münasibətlər saxlamaq istəyidir.
Mask etiraf edir ki, üçüncü tərəf yaratmaq onun vitse-prezidentlə münasibətlərinə xələl gətirəcək.
Mənbələr bildirirlər ki, Mask 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürmək qərarına gələrsə, Vensi dəstəkləmək üçün maliyyə imkanlarından istifadə etməyi düşünür.
Maskın 2024-cü il seçkilərində Donald Tramp və digər respublikaçıları dəstəkləmək üçün təxminən 300 milyon dollar xərclədiyi qeyd edilir.
Oxşar xəbərlər
KİV: Mask Respublikaçılara zərər verməmək üçün partiyanın yaradılmasını dayandırıb
Tramp və İlon Mask arasında münasibətlər gərginləşir
ABŞ prezidenti İlon Maskın partiya yaratmaq planlarını gülünc adlandırıb
İlon Mask: ABŞ-da yeni siyasi partiyaya ehtiyac var
Ağ Ev: Tramp Mask ilə danışmaqda maraqlı deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













