ABŞ-da poladəritmə zavodunda partlayış, 1 nəfər ölüb, onlarla insan yaralanıb - VİDEO - YENİLƏNİB
Pensilvaniyada zavodun partlaması nəticəsində bir nəfər ölüb
ABŞ-ın Pensilvaniya ştatında “US Steel” poladəritmə zavodunda baş vermiş partlayış nəticəsində azı bir nəfər ölüb, onlarla insan yaralanıb.
APA xəbər verir ki, bununla bağlı CBS məlumat yayıb.
"“US Steel” zavodunda baş verən partlayış nəticəsində azı bir nəfər ölüb, iki nəfər itkin düşüb, onlarla insan yaralanıb", - məlumatda deyilir.
Telekanalın məlumatına görə, azı 7 nəfər xəstəxanalara çatdırılıb.
***
21:28
ABŞ-ın Pensilvaniya ştatının Klerton şəhərindəki “U.S. Steel” poladəritmə zavodunda baş verən partlayış nəticəsində ilkin məlumata görə bir neçə nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə “CBS News” kanalı məlumat yayıb.
Bildirilir ki, xilasetmə xidmətlərinə insidentlə bağlı ilk məlumat yerli vaxtla saat 11:00 radələrində daxil olub.
Pensilvaniya qubernatoru Coş Şapiro administrasiyasının şəhər rəhbərliyi ilə əlaqə saxladığını, vəziyyətin nəzarət altında olduğunu deyib.
Oxşar xəbərlər
ABŞ-da poladəritmə zavodunda partlayış olub
ABŞ-da poladəritmə zavodunda partlayış olub - VİDEO
KİV: ABŞ-da polad zavodunda baş verən partlayışda bir neçə nəfər xəsarət alıb
İranda poladəritmə zavodunda partlayış olub, 1 nəfər ölüb, 7 nəfər yaralanıb
Pensilvaniyada zavod partlayışı nəticəsində 10-dan çox insan xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













