Azərbaycan nümayəndə heyəti Cakartada “Indo Defence 2024” sərgisində iştirak edir
İndoneziyanın paytaxtı Cakarta şəhərində ötən ildən təxirə salınmış “Indo Defence 2024” sərgisi öz işinə başlayıb.
Bu barədə "Report"a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Bildirilib ki, iki ildən bir təşkil edilən və Asiya-Sakit okean regionunda müdafiə sənayesi üzrə ən böyük tədbirlərdən biri olan “Indo Defence 2024” ilə paralel olaraq, “Indo Aerospace”, “Indo Marine” və “Indo Security” sərgiləri də keçirilir.
Tədbirin açılış mərasimində iştirak edən müdafiə sənayesi naziri V.Mustafayev daha sonra müxtəlif şirkətlərin stendlərini ziyarət edib.
Sərgi çərçivəsində nazir Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, milli müdafiə nazirinin müavini Şuay Alpay, həmçinin Türkiyənin “HAVELSAN”, “Turkish Aerospace”, “Roketsan”, Çinin CPMIEC, “NORINCO” və Birləşmiş Ərəb Əmirliklərinin “EDGE Group” şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşlərdə Azərbaycanın müdafiə sənayesi qurumları ilə əməkdaşlığın genişləndirilməsi və hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Jakarta International Expo” sərgi sahəsində təşkil olunan beynəlxalq tədbirdə quru qoşunları, dəniz və hava qüvvələri, kiber müdafiə, pilotsuz sistemlər və təhlükəsizlik texnologiyaları sahəsində geniş çeşidli texnoloji yeniliklər nümayiş etdirilir.
Sərgi iyunun 14-də başa çatacaq.
Oxşar xəbərlər
Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti İndoneziyada səfərdədir
Vüqar Mustafayev “SOFEX 2024” sərgisində iştirak edir
Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib
Vüqar Mustafayev "ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra görüşlər keçirib
Azərbaycanla Pakistanın hərbi sənaye kompleksləri arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV


