Vüqar Mustafayev “SOFEX 2024” sərgisində iştirak edir
sizinxeber.az xəbər saytı

Vüqar Mustafayev “SOFEX 2024” sərgisində iştirak edir


Sentyabrın 3-ü İordaniyanın Aqaba şəhərində 14-cü “Xüsusi Təyinatlı Əməliyyat Qüvvələri Sərgisi (SOFEX 2024)” və Yaxın Şərq Xüsusi Təyinatlı Qüvvələrin Komandirləri Konfransı” öz işinə başlayıb.

Bu barədə "Sizinxeber.az"a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynin iştirak etdiyi sərginin açılış mərasimində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.Sərgi çərçivəsində nazir müdafiə avadanlığı sahəsində dünyanın ən böyük istehsalçısı olan ölkələrin stendləri ilə tanış olub və rəsmi görüşlərdə iştirak edib.

Görüşlər zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.Qeyd edək ki, qlobal miqyasda xüsusi əməliyyatlar, terrorizmə qarşı mübarizə, eləcə də milli təhlükəsizlik sahəsində istifadə olunan xüsusi avadanlıqların, təlimlərin və logistik xidmətlərin təqdimatına imkan yaradan “SOFEX 2024” sərgisi sentyabrın 5-dək davam edəcək.

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri işdən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mədət Quliyev vəzifəsindən azad edildi, yerinə təyinat var - SƏRƏNCAM [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Türkiyə hərbi-texniki sahədə əməkdaşlıq üzrə geniştərkibli görüş keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkənddə terrorizmlə mübarizə üzrə MDB və ŞƏT-in konfransı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər