İyun ayının ilk gününə olan hava proqnozu açıqlanıb
İyunun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olacaq.
Milli Hidrometeorologiya Xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, sabah havanın temperaturu gecə 15-18° isti, gündüz 22-27° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında isə sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qeyd olunub ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 23-26° isti olacaq.
Oxşar xəbərlər
Sabah 30 dərəcə isti olacaq
May ayının ilk günü hava yağmursuz olacaq
Aprel ayının ilk günü Bakıda 25 dərəcə isti olacaq
Sabah Bakıda 31 dərəcə isti olacaq
Sabah Bakıda 22, bölgələrdə 23 dərəcə isti olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Laosda su basmış mağaradan 10 gündən sonra dörd nəfər xilas edilib
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
-
Azərbaycana Avropadan turist axını 15 % artıb
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
