Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində tədbirlər keçirilir
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi” treninqi və “Hərbi dənizçilik sahəsi üzrə ingilis dilində radioəlaqə” mövzusunda seminar keçirilir.
Bu barədə “Sizinxeber.az”a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Milli Müdafiə Universitetinin (MMU) və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin müəllim və zabit heyətinin iştirakı ilə keçirilən tədbirlər “Fəal Təlimdə Qiymətləndirmə” modulunun üçüncü mərhələsini əhatə edir.
Tədbirlərin məqsədi iştirakçıların pedaqoji bacarıqlarını, tədris metodlarını inkişaf etdirmək, tədrisin keyfiyyətini daha da artırmaq və beynəlxalq standartlara uyğunlaşdırmaqdır.
NATO proqramı çərçivəsində keçirilən tədbirlər aprelin 11-dək davam edəcək.
Oxşar xəbərlər
Azərbaycan və NATO əlaqələrinin inkişafı müzakirə edilib
Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı görüş keçirilib
Milli Müdafiə Universiteti xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu elan edib
Azərbaycan-NATO əlaqələrinin inkişafı, orduda aparılan islahatlar müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













