Milli Müdafiə Universiteti xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu elan edib
Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti mayın 30-dək xüsusi təyinatlı təhsil müəssisələrinə elektron sənəd qəbulu elan edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, həmin təhsil müəssisələrinə Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi Tibb Fakültəsinə, Bakı və Naxçıvan Hərbi kolleclərinə, Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi liseyləri aiddir.
Qeyd edək ki, ilk dəfədir Milli Müdafiə Universiteti tərəfindən qəbul prosesi elektron qaydada həyata keçirilir.
Azərbaycan vətəndaşları istənilən bölgədən mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindən müraciət etməklə seçdiyi təhsil müəssisəsinə aid sənəd qəbulu portalına keçid edərək, müvafiq portaldakı “Sənədlər” hissəsindən proseslə bağlı məlumatları əldə edə bilər.
Tibbi müayinələrin keçirilməsi aprelin 1-dən iyunun 30-dək, seçimlərin aparılması isə iyulun 1-dən avqustun 31-dək nəzərdə tutulur.
Oxşar xəbərlər
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı görüş keçirilib
Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib
Milli Müdafiə Universiteti bakalavr pilləsi üzrə Türkiyənin ali hərbi təhsil müəssisələrinə qəbul elan edir
Milli Müdafiə Universiteti Türkiyədə təhsil üçün abituriyent qəbulu elan edib
Milli Müdafiə Universiteti Türkiyədə hərbi tibb təhsili üçün abituriyent qəbulu elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








