Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır
sizinxeber.az xəbər saytı

Avropa İttifaqı Orta Dəhlizin genişləndirilməsinə hazırlaşır


Avropa İttifaqı (Aİ) öz nəqliyyat infrastrukturunu 2030-cu ilə qədər planlaşdırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) genişləndirilməsi vaxtına qədər hazırlamağı nəzərdə tutur.

"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun (DG MOVE) rəhbərinin müavini Maya Bakran Marçiç bildirib.

Bununla yanaşı, o, dar yerlərin və əhəmiyyətli investisiyalara ehtiyacın qaldığını etiraf edib. Marçiç vurğulayıb ki, Trans-Avropa nəqliyyat şəbəkəsinin (TEN-T) inkişaf məqsədlərinin yerinə yetirilməsi təkcə siyasi prioritet deyil, həm də Aİ-nin hüquqi öhdəliyidir.

"Qısa cavab - bəli", - o, Aİ-nin Orta Dəhlizlə yük axınının artmasına hazır olması ilə bağlı suala cavab verərkən bildirib. Bununla yanaşı, o, "hələ görüləcək xeyli işin olduğunu" etiraf edib.

Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, hazırda Aİ büdcəsinin müxtəlif alətlərindən misli görünməmiş həcmdə maliyyələşmə səfərbər edilir. Onun sözlərinə görə, yaxın illərdə bir sıra böyük infrastruktur layihələrinin, o cümlədən Lion-Turin, Brenner , Femarnbelt tunellərinin, Trans-Baltik avtomagistralının və digərlərinin həyata keçirilməsi gözlənilir.

O vurğulayıb ki, Avropanın yeni nəqliyyat axınlarına xidmət etməyə hazır olması təkcə infrastrukturdan asılı deyil. TEN-T şəbəkəsi ümumi standartlara, rəqəmsallaşdırmaya, təhlükəsizlik tələblərinə və nəqliyyat sistemlərinin uyğunluğuna əsaslanan vahid inteqrasiya olunmuş sistem kimi fəaliyyət göstərməlidir.

Cənub-Şərqi Avropada Orta Dəhlizin əsas giriş nöqtələri barədə danışan DG MOVE nümayəndəsi bu yaxınlarda Yunanıstan, Bolqarıstan və Rumıniya arasında Şimal-Cənub strateji nəqliyyat dəhlizinin inkişafı haqqında memorandumun imzalanmasını ümidverici adlandırıb.

Hazırkı modernizasiya templərinin qorunması TEN-T şəbəkəsinə TBNM üçün "etibarlı Avropa karkası" olmağa imkan verəcək və onun strateji və iqtisadi potensialını tam reallaşdırmağa kömək edəcək, - o yekunlaşdırıb.

Oxşar xəbərlər

Avropa Komissiyasının rəsmisi: Orta Dəhliz getdikcə böyük əhəmiyyət kəsb etməyə başlayır
Orta Dəhlizlə yükdaşımalar 62 % artıb
Qazaxıstan və Aİ Transxəzər dəhlizinin inkişafını müzakirə ediblər
Nazir müavini: Qazaxıstan üçün TBNM sadəcə bir dəhliz deyil, strateji inkişaf istiqamətidir
Tokayev: "TBNM-nin Avropa TEN-T ilə inteqrasiyası məsələsində Almaniyanın köməyinə ümid edirik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər