

Azərbaycan və NATO əlaqələrinin inkişafı müzakirə edilib
"15-ci NATO günləri" tədbiri çərçivəsində Azərbaycana səfəri zamanı NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Gunnstein Bruasdalın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi təhsil müəssisələri və "N" hərbi hissəsini ziyarət edib.
Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, NATO nümayəndə heyəti əvvəlcə Heydər Əliyev adına Hərbi İnstitutda olub. Qonaqlara Heydər Əliyev adına Hərbi İnstitutun fəaliyyəti, tədris proqramları və beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər haqqında brifinq təqdim edilib.
Daha sonra Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitunun Hərb Oyunları Mərkəzi ziyarət edilib. Burada qonaqlar 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən keçirilən “Təlim və məşq kursu”nu izləyiblər.
Sonra NATO nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsini ziyarət edib.
Qonaqlara hərbi hissənin yaranma tarixi və icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib. Görüşdə Azərbaycan-NATO əlaqələrinin uğurlu inkişaf yolundan, Azərbaycan Ordusunda aparılan islahatlardan danışılıb, maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Sonda nümayəndə heyəti NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramına bəyan edilmiş Dənizdə qadağa əməliyyatları üzrə göyərtə-axtarış qrupunun döyüş hazırlığı üzrə məşğələsini izləyib.
MƏLUMAT YENİLƏNİR...
Oxşar xəbərlər
Ermənistan uyğunluq səviyyəsinin qiymətləndirilməsi üzrə NATO tədbirində iştirak edib
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycanla NATO arasındakı əlaqələrin inkişafı perspektivləri müzakirə edilib
Azərbaycan-NATO əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Tacikistan nümayəndə heyəti Hərbi İnstitutu ziyarət edib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
