Səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsini təmin etməyənlər 700 manatadək cərimələnəcək
Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, müəssisələr, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsinə görə 700 manatadək cərimə tətbiq ediləcək.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Məcəlləyə əsasən, müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Layihəyə əsasən, bu cərimə dörd yüz manatdan altı yüz manatadək məbləğdə olacaq.
Həmçinin layihəyə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə ediləcək. Hazırda bu cərimə iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdədir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


width="220" alt="Səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsinə görə 700 manatadək cərimə tətbiq olunacaq" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />