Füzulidə idman infrastrukturu genişlənir - FOTO
Füzuli şəhərində Böyük Qayıdış Dövlət Proqramının icrası davam edir. İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Füzulidə də həyat tədricən canlanır, meydançalar və idman qurğuları sakinlərlə dolur.
Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, şəhərdə müasir yaşayış binaları ilə yanaşı, təhsil müəssisələri, uşaq bağçaları və yaradıcılıq mərkəzləri fəaliyyət göstərir. Eyni zamanda, idman infrastrukturu da inkişaf etdirilib, yeni idman zalı istifadəyə verilib.
Yeddi aydan artıqdır fəaliyyət göstərən idman zalında gənclər mütəmadi məşqlərə cəlb olunur. Burada yetişən yeniyetmə idmançılar artıq müxtəlif respublika turnirlərində iştirak edərək uğurlu nəticələr qazanmağa başlayıblar.
Birinci Qarabağ müharibəsində ailəsi ilə birlikdə məcburi köçkün həyatı yaşayan məşqçi Naqif Səlimov Sizinxeber.az-nın Qarabağ bürosuna deyib ki, köçkünlük illərində Bakıda çoxsaylı yeniyetmə idmançıların yetişməsində iştirak edib.
Naqif Səlimov doğma yurda qayıdandan sonra Füzulidə məskunlaşan yeniyetmələri idmana cəlb etdiyini, peşəkar idmançı kimi formalaşmalarına çaılışdığını deyib.
Zalda məşq edən yeniyetmə idmançılardan biri Rəşad Hümmətli deyib ki, Füzulidə həm təhsil alması, həm də idmanla məşğul olması üçün yaradılan şəraitdən məmnundur.
O, əsas hədəfinin gələcəkdə böyük idman yarışlarında ölkəni təmsil edərək medallar qazanmaq olduğunu vurğulayıb.
Qeyd edək ki, Füzulidə həyata keçirilən bərpa və quruculuq işləri çərçivəsində sosial, təhsil və idman infrastrukturu paralel şəkildə inkişaf etdirilir. Bu isə şəhərin mərhələli şəkildə müasir və dayanıqlı yaşayış məkanına çevrilməsinə imkan yaradır.
Oxşar xəbərlər
Cüdo üzrə Olimpiya çempionları Xankəndiyə səfər edib
Bakıda idman zalında ölüm hadisəsi baş verib
Fərid Qayıbov: 48 idmançı ilə ilk dəfə olaraq 15 idman növündə qatılırıq
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə uğur qazanıblar
FHN əməkdaşı qol güləşi üzrə gümüş medal qazanıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
