MN: Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər
Türkiyə Respublikasının Qars səhərində "Qış təlimi - 2025" birgə təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Ordusu Quru Qoşunların komandanının müavini general-mayor İlqar Lətifov, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, eləcə də Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşelik aparatının və digər iştirakçı dövlətlərin hərbi nümayəndələri iştirak ediblər.
Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar monitorda və ərazinin sxemi üzərində təqdim olunub, videobağlantı vasitəsilə bölmələrin fəaliyyəti haqqında zabitlərin məruzələri dinlənilib.
Qonaqlar şərti əməliyyatların icrası zamanı hüquqi məlumatlandırma və medianın idarəolunması məntəqələrinə baxış keçirib.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda "Qış təlimi - 2025"ə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən maraqla izlənilib.
Plana uyğun olaraq, əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyuş təminatı üzrə fəaliyyətlər həyata keçirilib.
Təlimin ssenarisinə əsasən, artilleriya qurğuları, zirehli texnika, döyüş təyyarələri və helikopterlərdən qanunsuz silahlı birləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər.
Təlimdə ölkəmizi təmsil edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.
Oxşar xəbərlər
Kənan Seyidov Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - YENİLƏNİB
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Qış təlimi - 2025” birgə təlimində iştirak edəcək
Kənan Seyidov Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb
Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyədə hərbi obyektlərdə olub - FOTO
Hikmət Mirzəyev türkiyəli həmkarı ilə tərəfdaşlıq məsələlərini müzakirə edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












