Kənan Seyidov Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - YENİLƏNİB
Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanı general-mayor Kənan Seyidov Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə general-mayor K.Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib. Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsi və Mustafa Kamal Atatürkün məzarı önünə gül qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.
General-mayor K.Seyidov səfər çərçivəsində ordu generalı S.Bayraktaroğlu ilə görüşüb.
Görüş zamanı hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin və birgə taktiki-xüsusi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə görüləcək işlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.
***
11.57
Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov Türkiyə Quru Qoşunları Komandanı ordu generalı Səlcuq Bayraqdaroğlu ilə görüşüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda Kənan Seyidovun Səlcuq Bayraqdaroğlu ilə Türkiyəyə səfəri çərçivəsində görüşdüyü vurğulanıb.
Oxşar xəbərlər
Kənan Seyidov Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb
Türkiyənin hərbi rəhbərliyi Bakıda səfərdədir - VİDEO
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb, əməkdaşlığa dair müqavilələr imzalanıb - VİDEO
Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib - FOTOLENT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











