Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını bir daha qeyd etməsi şəxsi heyəti daha da ruhlandırır və istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 23-də Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə deyib.
Müşavirədə Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar iştirakçılara çatdırılıb.
Nazir Ali Baş Komandanın müvafiq tapşırıqlarına əsasən şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərin plana uyğun davam etdirilməsi ilə bağlı göstərişlər verib.
Prezident İlham Əliyevin Zəfər parkının açılışı zamanı müraciəti və digər çıxışlarından irəli gələn tapşırıqlara toxunan müdafiə naziri Ordunun döyüş qabiliyyətinin ən yüksək səviyyədə saxlanması üçün dövlət başçısı tərəfindən bütün imkanların yaradıldığını qeyd edib.
Oxşar xəbərlər
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib, Ermənistanla şərti sərhəddə mövcud əməliyyat şəraiti təhlil olunub
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
Müdafiə Nazirliyində mühüm iclas: Zakir Həsənov tapşırıqlar verdi
Zakir Həsənov: "Azərbaycan Ordusu qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazırdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













